Biz, CLİMASERVİCE şirkəti gənc, ambisiyalı, dinamik inkişaf edən və qarşımıza yüksək hədəflər qoymuş bir şirkətik. 2008-ci ildə məişət avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamış və qısa müddət ərzində xidmət profilini genişləndirərək, bu gün yarımsənaye və sənaye sistemlərinə tam həcmdə xidmətləri – LAYİHƏLƏNDİRMƏ, SATIŞ, MONTAJ, SERVİS və TƏMİR kimi tam həcmli işləri həyata keçiririk.
Şirkətimizin mühəndis heyəti müxtəlif təyinatlı obyektlər üçün qısa müddətdə hazırladığı optimal və balanslaşdırılmış layihələrlə sifarişçilərin ən yüksək tələblərini qarşılayır. Bu yanaşma “birinci əl” prinsipinə uyğun gələrək, layihələrimizin standartlara uyğunluğu və tamlığı ilə yanaşı Sizə ən uyğun avadanlıq və həll variantlarını seçmək imkanı yaradır.
Şirkətimizin strukturunda yer alan satınalma şöbəsi cihaz və avadanlıqları istər yerli, istərsə də xarici bazarlardan birbaşa istehsalçı şirkətlərdən təmin etməklə Sizlər üçün uyğun seçim alternativini təmin edir. Şirkətimiz AERMEC (İtaliya), DANFOSS (Danimarka), BITZER (Almaniya), PRANA (Ukrayna), CONDAIR (İsveçrə), TAZZETTİ (İtaliya), UBC (Ukrayna), VATBUZ (Türkiyə), ОВЕН (Rusiya), ULPATEK (Türkiyə) kimi dünyaca məşhur şirkətləri Azərbaycanda rəsmi şəkildə təmsil edərək, onların məhsullarını birbaşa Sizlərə təmin edir.
Şirkətimizin yüksək ixtisaslı və təcrübəli mühəndis, usta heyəti isə layihə və satışın ardınca avadanlıqların keyfiyyətli montajını təmin edib, zəmanət müddəti və zəmanətdən sonrakı dövrdə reqlamentə uyğun servis və ehtiyac olarsa təmir işlərini həyata keçirirlər. Şirkətimiz istənilən növ mühəndis avadanlığı və sistemlərinin keyfiyyətli servisi və təmiri üçün tam təchiz edilmiş material-texniki bazaya malikdir.
Şirkətimizin strukturunda yer almış marketinq, təchizat, mühasibat şöbələrinin koordinasiyalı fəaliyyəti müştəri ilə münasibətlərin həm texniki, həm də maliyyə rəsmiləşdirilməsində dəqiqliyi və rahatlığı təmin edir. Şirkətimiz üçün xüsusi işlənmiş ERP proqramı vasitəsilə iş proseslərinə istənilən mərhələdə nəzarət və müdaxilə imkanları təmin edilir ki, bu da işlərin operativliyinə, dəqiqliyinə və maksimal sadələşdirilməsinə imkan yaradır.
Şirkətimiz 1100 m² qapalı ərazidə mühəndis sistemlərinin müxtəlif komponentlərinin təmiri üçün təchiz edilmiş emalatxanaya sahibdir. Emalatxanada ixtisaslı və təcrübəli mütəxəssislərin iştirakı ilə istər cari, istərsə də əsaslı təmir və təmirdən sonrakı test işləri həyata keçirilir. Bu yanaşma sıradan çıxmış hər hansı komponentə görə bütöv sistemin dəyişdirilməsi və ya xaricdən təmir briqadasının cəlb olunması ehtiyacını aradan qaldırır, nəticədə isə xərclərinizin optimallaşdırılmasına imkan verir.
PEŞƏKAR MÜHƏNDİS DƏSTƏYİ İLƏ DAİM XİDMƏTİNİZDƏYİK!








